Tələbələri aparan avtobus aşdı: 30 yaralı
Bu gün saat 12:00 radələrində Tehranın Elmlər və Araşdırmalar Universitetinin tələbələrini aparan avtobus aşıb. Nəticədə azı 30 nəfər yaralanıb.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu Tehran Təcili Yardım Mərkəzinin rəisi Peyman Sabirian deyib.
Onun sözlərinə görə, hadisə Tehranın Simon Bolivar prospektində baş verib. Hadisə yerinə 10-a yaxın təcili yardım maşını cəlb olunub.

