Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
İSLAM

Vətən sevgisi

By Vüsal Rafiqoğlu
12.02.2021 4 Min Read

Vətən sevgisi Uca Allahın insanın fitrətinə yerləşdirdiyi gözəl hisslərdən biridir. Övladın öz anasını sevməsi nə qədər təbiidirsə, insanın da doğulub boya-başa çatdığı yeri digər yerlərdən daha çox sevməsi o qədər təbii bir haldır. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) həyatına diqqət etsək görərik ki, o da öz vətənini çox sevmişdir. Məkkə müşrikləri onu doğma şəhəri olan Məkkədən çıxardıqda, o üzünü Məkkə şəhərinə çevirərərək belə demişdir:  “Allaha and olsun ki, sən yer üzündə olan ən xeyirli və Allaha ən sevimli şəhərsən. Əgər məni buradan zorla çıxarmasaydılar, mən səni tərk etməzdim”. (ət-Tirmizi, 5/723). Mədinəyə hicrət etdikdən sonra isə o, Uca Allaha dua edərək Məkkəni sevdiyi kimi Mədinəni də ona sevdirməsini istəmişdir və demişdir: “Allahım, Məkkəni bizə sevdir­diyin kimi, yaxud bun­dan artıq bir sevgiylə Mədinəni də bizə sevdir” (əl-Buxari, 1889).

Vətən sevgisi iki növdür:
Fitri sevgi. Uca Allah hər bir insanın fitrətində vətən sevgisi yaratmışdır. Uca Allah buyurur: “Əgər onlara: “Özü­nü­zü öldü­rün, ya­xud yurdlarınız­dan çı­xın!”– deyə əmr etsəydik, içərilərindən az bir qismi istisna ol­maqla, bunu yerinə yeti­rməzdilər” (ən-Nisa, 66). Bu ayədə Uca Allah yurddan çıxarılmağı, özünü öldürmək kimi məşəqqətli, nəfsə ən ağır gələn əməllə birlikdə zikr etmişdir.
İslam şəriətinin bizə buyurduğu vətən sevgisi. Bu sevgi bir müsəlmanın öz vətənini İslam diyarı olduğuna görə sevməsidir. İslam diyarı dedikdə müsəlmanların yaşadığı və azan, camaat namazı, bayram namazları kimi İslam dininə xas olan ayinlərin keçirildiyi ölkələrdir. Vətəni Allah üçün sevmək xeyirli əməl, onun uğrunda döyüşmək gecə-gündüz nafilə ibadətdən daha üstün savab, onun yolunda ölmək isə Cənnətdə ən yüksək məqam olan şəhidlikdir. Allaha həmd olsun ki,  ölkəmiz də İslam ölkəsidir və bu ölkəni sevmək Azərbaycanda yaşayan hər bir müsəlmana vacibdir.

Şəriətin buyurduğu vətən sevgisi necə olmalıdır?

Sözsüz ki, hər bir sevgi əməllərlə isbat olunur. Allahı sevmək onun razı qaldığı əməlləri edib, qadağan etdiyi şeylərdən çəkinməklə olduğu kimi, Allah xətrinə vətəni sevmək də imkan daxilində vətənin xeyri üçün çalışmaq,  əmin-amanlığı qorumaq və fitnə-fəsadın yayılmasının qarşısını bacardığın qədər almaqla olur. Hər bir müsəlman öz vətənini  düşməndən qorumalı, ölkəsinə təcavüz edən düşmənə qarşı həm malı, həm də canı ilə döyüşməlidir. Müsəlmanlar xeyir işlərdə biri-birilərinə yardım etməli, öz aralarında yaxşılığı əmr edib, günah işlərdən çəkindirməli, millətçilik, irqçilik və dövlətə itaətsizlik kimi parçalanmaya səbəb olan çağırışlardan çəkinməlidirlər.
Cəmiyyət ailələrdən və fərdlərdən təşkil olunmuşdur. Cəmiyyətin islah olunması üçün cəmiyyəti təşkil edən ailələr və fərdlər islah olunmalıdır. Odur ki hər bir müsəlman ilk növbədə öz ailəsini, yaxınlarını və qonşularını dəvət edərək onlara yaxşı işlər görməyi əmr edib günah işlərdən çəkindirməlidir. Uca Allah buyurur: “Siz insanlar üçün üzə çı­xa­rılmış ən xeyirli üm­mət­si­niz; on­la­ra yaxşı işlər gör­məyi əmr edir, pis əməlləri qa­dağan edir və Alla­ha iman gəti­rir­si­niz” (Ali-İmran, 110). Həmçinin buyurur: “Qoy içinizdən xey­rə ça­ğıran, yaxşı işlər gör­məyi bu­yuran və pis əməlləri qadağan edən bir camaat olsun. Məhz on­lar ni­cat tapanlar­dır” (Ali İmran, 104). İbn Kəsir bu ayənin təfsirində demişdir: “Ayənin mənası budur ki, ümmət içində bu işlə məşğul olan xüsusi bir toplum olmalıdır. Baxmayaraq ki bu işlə məşğul olmaq ümmətin fərdlərinin hər birinə vacibdir. Necə ki Muslimin “Səhih” əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Sizdən biriniz günah işləndiyini görsə, qoy bunu əli ilə dü­zəlt­­sin, bacarmasa, dili ilə (düzəltsin), bunu da bacarmasa, qəlbi ilə (bu­na nifrət etsin), bu da imanın ən zəif dərəcəsidir” (Muslim, 70, 186)”.

Ölkədə əmin-amanlığı necə əldə etmək olar?

Uca Allah Qurani-kərimdə ona şərik qoşmadan iman gətirib yaxşı işlər görənlərə əmin amanlıq vəd etmişdir: “Allah sizlərdən iman gə­ti­rib yax­şı işlər görənlərə vəd et­miş­dir ki, özlə­rindən əvvəl­ki­ləri varislər etdiyi kimi on­la­rı da yer üzü­nün varisləri edə­cək, mömin­lər üçün Özü­nün bəyən­di­yi dinini möh­kəm­lən­dirəcək və onla­rın qor­xu­sunu sonra əminliklə əvəz edə­cəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mə­nə şə­rik qoş­mur­lar. Bun­dan son­ra küfr edənlər – məhz onlar fa­siq­­lərdir” (ən-Nur, 55). Uca Allah həmçinin bildirir ki, firavanlıq və əmin-amanlıq tək Ona itaət edib qadağalarından çəkinməklə əldə olunur. Əgər bir camaat Allahın onlara verdiyi nemətə şükür etmək əvəzinə, günahlara qurşanarsa, Uca Allah onlara verdiyi neməti əllərindən alar. Uca Allah buyurur: “Bu, ona görədir ki, bir ca­maat nəfs­lərində olanı də­yiş­­mə­yin­cə, Allah da onlara ver­diyi neməti dəyişən de­yil­dir. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, hər şeyi bilən­dir” (əl-Ənfal, 53). Böyük təfsir alimi Abdur-Rahmən əs-Sadi bu ayəni təfsir edərkən demişdir:
“İnsanlar Allaha itaətsizlik göstər­məyənə qədər, Uca Allah heç vaxt onları verdiyi nemətlərdən məhrum etmir. Onlar Onun nemətini inkar etməyə başladıqda və bu nemətə naşükürlüklə qarşılıq verdikdə, Allah, onları maddi nemətlərdən məhrum edir. Onlar özlərini dəyişdikcə, O da onların rifahını dəyişir”.

Millətçilik vətəni sevmək sayılırmı?

Ölkədə yaşayan millətlərdən birinin digərlərindən üstün olması fikrinin yayılması fitnə-fəsada yol açan səbəblərdən biridir. Unutmaq olmaz ki, Allah dərgahında insanların bir-birindən üstünlüyü mənsub olduqları millətə görə yox, təqva (Allah qorxusu) ilədir. Uca Allah buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadın­dan yaratdıq. Sonra bir-bi­ri­nizi tanıyası­nız deyə, si­zi xalqlara və qəbilələrə ayır­dıq. Şüb­hə­siz ki, Allah yanında ən hör­mətli olanınız Ondan ən çox qorxa­nı­nız­dır. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbər­dardır” (əl-Hucurat, 13).  Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: ”İrqçiliyə (milliyətçiliyə) çağıran, irqçilik üçün savaşan, irqçilik uğrunda ölən bizdən deyildir.” (Səhih Muslim, İmarə, 53)

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Netflix”in Azərbaycanda çəkilən filmində yerli aktyorlar rol alıb

Next

Allah yolunda döyüşməyin fəziləti

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv