Kiminlə yoldaşlıq etmək olmaz?
İmam Sadiq (ə) buyurur: “Bidət əhli ilə yoldaş olmayın ki, insanların yanında onlar kimi olarsınız”.
Həzrət Peyğəmbər (s) buyurur: “Məbada axmaqla yoldaş olasınız. Çünki o zaman ki, ondan razısan – ziyanı və incitmək təhlükəsi daha çoxdur”.
Həzrət Peyğəmbər (s) buyurur: “Ən müdrik insan o kəsdir ki, cahillər ilə yoldaşlıq etməkdən çəkinər”.
İmam Kazım (ə) buyurur: “Alimlə çirkli torpağın üzərində müsahibə etmək, cahillə xalçanın üzərində yoldaşlıq etməkdən daha üstündür”.
Həzrət Əli (ə) buyurur: “Pis insanlarla yoldaş olmaq, yaxşı insanlar barəsində pis gümana malik olmağa səbəb olar”.
İmam Əli (ə) buyurur: “Sənin ən pis yoldaşın o kəsdir ki, Allahın günahını sənin gözündə zinətləndirər”.
İmam Sadiq (ə) buyurur: “Müsəlman üçün layiqli deyildir ki, axmaq və yalançı ilə qardaşlıq etsin”.
Həzrət Peyğəmbər (s) buyurur: “Üç nəfərlə yoldaş olmaq qəlbi öldürər: alçaq insanla yoldaş olmaq, qadınlarla (çoxlu) danışmaq, zənginlərlə yoldaş olmaq”.
Həzrət Peyğəmbər (s) buyurur: “İttiham olmağa ən layiqli insan – o kəsdir ki, töhmət əhli ilə yoldaş olar”.

