Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupundan BƏYANAT

By Vüsal Rafiqoğlu
14.02.2021 3 Min Read

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, bəyanat 2021-ci il fevralın 9-da ABŞ Senatının bəzi üzvləri tərəfindən Prezident Cozef Baydenə ünvanlanmış məktubla əlaqədar verilib.

Belə ki, sözügedən məktuba qol çəkən senatorlar beynəlxalq hüququn verdiyi haqlardan istifadə edərək öz ərazi bütövlüyünü təmin edən, Dağlıq Qarabağ münaqişəsini həll edən Azərbaycana dəstək verdiyi üçün Türkiyəni tənqid edirlər. Olduqca qərəzli əsasda yazılmış məktuba cavab olaraq verilmiş Bəyanatda deyilir:

2021-ci il fevralın 9-da ABŞ Senatının bəzi üzvləri tərəfindən Prezident Cozef Baydenə ünvanlanmış məktub ciddi təəccüb və təəssüfümüzə səbəb oldu. Bununla əlaqədar, Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri olaraq aşağıdakıları bəyan edirik:

– Məktuba imza atan ABŞ senatorlarının böyük bir qismi heç vaxt Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə qədər işğal altında saxlayan Ermənistanı işğala son qoymağa çağırmamışlar.

– ABŞ senatorlarının əksəriyyəti işğal nəticəsində Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi, yüz minlərlə insanın öz torpaqlarından qovularaq məcburi köçkünə çevrilməsi, onların insan hüquqlarının kobud şəkildə pozulması, kəndlərin, şəhərlərin, Azərbaycan xalqının qədim və zəngin mədəni irsinin dağıdılması və talan edilməsi ilə bağlı heç vaxt öz narahatçılıqlarını ifadə etməmişlər;

– ABŞ senatorlarının bir çoxu Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı qətliamları, müharibə cinayətlərini, xüsusilə bu günlərdə 29 illiyini qeyd edəcəyimiz Xocalı soyqırımını pisləməmişlər;

– Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və Ermənistanın işğalına son qoyulması tələbi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində öz əksini tapmışdır və rəsmi Vaşinqton bütün bu qətnamələrin lehinə səs vermişdir;

– Azərbaycan Respublikası beynəlxalq hüquqa uyğun olaraq 44 günlük Vətən Müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad etmiş və bununla da BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını təmin etmişdir;

– Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq başladılmış sülhə məcburetmə əməliyyatı istisnasız olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aparılmışdır;

– ABŞ senatorlarının öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanı münaqişəni həll etdiyi üçün ittiham etməsi qəbuledilməzdir;

– Bu qəbildən olan bəyanat və açıqlamalar Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə xidmət etmir, əksinə Ermənistanda mövcud olan radikal və revanşist qüvvələri vəziyyəti yenidən gərginləşdirməyə həvəsləndirə bilər;

– Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edərək Azərbaycanın haqlı mübarizəsinə siyasi və mənəvi dəstək verən Türkiyənin senatorlar tərəfindən tənqid olunması ədalətsizlikdir;

– İnsan hüquqları mövzusunun getdikcə daha çox siyasiləşdirilməsi ciddi narahatlıq doğurur;

– Senatorların suveren dövlət olan Türkiyənin daxili işlərinə qarışmaq cəhdləri yolverilməzdir;

– ABŞ Konqresinə qanunsuz olaraq girən etirazçıların “terrorçu” olaraq adlandırıldığı halda, 15 iyul 2016-cı ildə Türkiyədə demokratik yolla seçilmiş hökuməti hərbi yolla devirməyə çalışan bir hərəkatı dəstəkləmək və bu hərəkatı təmsil edən şəxsləri “insan haqları müdafiəçisi” olaraq təqdim etmək qərəzli yanaşmadır;

– Yerləşdiyi regionda çoxsaylı təhdidləri önləmək üçün özünümüdafiə hüququndan istifadə edən, ölkə daxilində və xaricində terrora qarşı mücadilə aparan, tarix boyu müxtəlif etnik qrupların sülh və əmin-amanlıq şəraitində yaşadığı Türkiyəni hər hansı bir etnik qrupa qarşı mübarizədə günahlandırmaq cəhdləri iflasa məhkumdur;

– Türkiyənin Cənubi Qafqazda sabitləşdirici rolunu, onun bu regionda sülh və iqtisadi inkişafa yönəlmiş fəaliyyətini yüksək qiymətləndiririk;

– ABŞ Senatını Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olunması istiqamətində Azərbaycan və Türkiyənin səylərini dəstəkləməyə və töhfə verməyə çağırırıq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

ÜST Şamaxıda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində fəaliyyətə başlayıb – FOTO

Next

DİM xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçirir

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv