Siyasət 

Mariya Zaxarova Dağlıq Qarabağ münaqişəsindən danışdı

Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb.

ARANTV.AZ xəbər verir ki, xanım diplomat problemin 2019-cu ildə həll edilməsi ehtimalları barədə açıqlamasında deyib ki, Rusiya bu münaqişənin tezliklə həll edilməsi üçün bütün addımların atılmasının tərəfdarıdır.

“Biz vaxt məhdudiyyəti qoymuruq. Biz həmişə bu problemin tezliklə həll olunmasına və bu məqsədlə görülən bütün tədbirlərə tərəfdar çıxmışıq. Dağlıq Qarabağ münaqişəsi  uzunmüddətli olduğundan konkret nə vaxt həllini tapacağını söyləmək çətindir.

Lakin Rusiya tərəfindən istər həmsədr qismində, istər milli vahid, istərsə də Azərbaycan və Ermənistanla birgə tarixi keçmişi olan ölkə kimi, asılı olan nə varsa, bütün zəruri addımlar atılacaq”, – deyə Zaxarova açıqlamasında bildirib.

Ölkə.Az

Daha çox xəbərlər