İlin ən yaxşı idmançıları müəyyənləşdi – SİYAHI
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib.
ARANTV.AZ-ın xəbərinə görə, tədbir çərçivəsində bir sıra nominasiyalar üzrə ilin ən yaxşılar müəyyənləşib.
Gənclər və İdman Nazirliyi tərəfindən ilin ən yaxşı idmançıları, məşqçiləri, idman hakimləri və idman təşkilatlarına mükafatlar təqdim olunub.
İlin məşqçiləri
Vaqif Səxavət oğlu Feyzullayev – Eldəniz Əzizlinin məşqçisi (güləş)
Fərhad Polad oğlu İsmayılov – stolüstü tennis komandasının məşqçisi
Tərlan Əliheydər oğlu Həsənov – Hidayət Orucovun məşqçisi (cüdo)
İlin ən yaxşı hakimləri
Vaqif Hüseynağa oğlu Əliyev – həndbol
Anar Tofiq oğlu Babanlı – boks
Vahıd Əlış oğlu Nəzərov – ağır atletika
İdman yarışlarının yüksək səviyyədə keçirilməsinə görə – Gimnastika Federasiyası, Cüdo Federasiyası, Velosiped İdmanı Federasiyası
İlin ən yaxşı federasiyası – Güləş Federasiyası
İlin ən yaxşı komandası – qızlardan ibarət stolüstü tennis millisi
İlin ən fəal veteranı – Elmira Petrovna Safonina – qılınc oynatma, veteran
İlin yekunlarına görə ən yaxşı idman həkimi
Aytəkin Sahib qızı Rüstəmova – İdman həkimi nəzarəti şöbəsinin müdiri
İlin ən yaxşı idman qurğuları
Abşeron Olimpiya İdman Kompleksi
Göygöl Olimpiya İdman Kompleksi
Bədən tərbiyəsi və idman sahəsi üzrə ilin elm adamı
Dilqəm Qasım oğlu Quliyev – ADBTİA- elmlər doktoru
İlin ən yaxşi idman verlişlərinin təşkilatçisi jurnalisti
Namiq MirRəşid oğlu Abbasov (ARB24 kanalı)
İlin ən yaxşi İdman televiziya verlişləri kanalı
Xəzər TV
İlin ən yaxşi idman agentliyi
Rekord.az
İlin yekunlarına görə ilin ən yaxşı televiziya verilişləri layihəsi
“Bol idman” İctimai TV
Fəxri diplom
Şahin Qaçay oğlu Mahmudov
Fariz Abdulla oğlu Nəcəfov (“Qəbələ” Klubu)
Rafiq Hüseyn oğlu Rəhimov (veteran güləşçi)
Nadir İsa oğlu Əzizov (Kikboksinq Federasiyası)
Elşən Qara oğlu Abbasov (Kikboksinq Federasiyası)
2018-ci ilin yekunlarına görə ilin ən yaxşı komandası – Azərbaycan milli olimpiya komandası
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə
Yelizaveta Luzan (bədii gimnastika) – I yer
Vüqar Talıbov (cüdo) – I yer
Turan Bayramov (sərbəst güləş) – I yer
Tarmerxan Babayev (ağırlıqqaldırma) – II yer
Cavad Ağayev (taekvondo) – III yer
Şahanə Nəzərova (qadın güləşi) – III yer
Nurlan Səfərov (boks) – III yer
Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 2018-ci ilin yekunlarına əsasən, təsis etdiyi mükafatlar:
Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi– Rövnəq Abdullayev
Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı – Orxan Qoca
Ədalətli oyun prinsiplərinə sadiq – Emin Şaxtaxtinski
Ədalətli oyun prinsiplərinə sadiq məşqçi – Mariana Vasilyeva
Ədalətli oyun prinsiplərinə sadiq idmançı – Eldəniz Əzizli
Ədalətli oyun prinsiplərinə sadiq səfir – Fərid Mansurov
Aliyə Alkova, Rakif Əliyev, Zöhrə Əskərova, Səmayə Məmmədova və Elşən Şirinov dövlət qulluğundakı səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif ediliblər.
İlin ən yaxşı idmançıları
Eldəniz Əzizli (yunan-Roma güləşi) – Dünya və Avropa çempionu
Bayram Mustafayev (paracüdo) – Dünya çempionu
Hidayət Heydərov (cüdo) – Dünya və Avropa çempionatının mükafatçısı
Cəbrayıl Həsənov (sərbəst güləş) – Dünya və Avropa mükafatçısı
Radik İsayev (taekvando) – Avropa çempionu və Dünya Kubokunun mükafatçısı
Mixail Malkin (tamblinq) – Avropa çempionu
Pərviz Həsənov (dama) – Gözdən əlillər arasında dünya və Avropa çempionu
Şəhriyar Məmmədyarov (şahmat) – Dünya reytinqində 3-cü yerin sahibi
Elxan Əliyev (kikboksinq) – Avropa çempionatının mükafatçısı
Rafael Ağayev (karate) – dünya çempionatının mükafatçısı və Avropa çempionu.

