Gündəm 

“Kamaz” zavodu 45 illik yubileyini qeyd edir

“Kamaz” yük avtomobillərinin istehsala başlanmasından 45 il ötür.

ARANTV.AZ  xəbər verir ki, “Kama Avtomobil Zavodu”nun (“Kamaz”) təməli 1969-cu ildə Kama çayının sahilində yerləşən Rusiyanın Tatarıstan Respublikasının Naberejnıy Çelnı şəhərində qoyulub. 1976-cı il fevralın 16-da ilk “Kamaz” avtomobili konveyerdən çıxıb.

İndiyədək zavod 2 milyondan çox yük avtomobili və bir o qədər də mühərrik istehsal edib. “Kamaz” avtomobillərindən dünyanın 80-dən çox ölkəsində istifadə olunur. Hazırda 106 müəssisəni birləşdirən “Kamaz” qrupu 60-dan çox yük maşını modeli istehsal edir.

Zavod Azərbaycanın Gəncə Avtomobil Zavodu ilə əməkdaşlıq edir.

Daha çox xəbərlər