Sosial 

“Bir qurtum su olaydı…”- Əsgərimizin DÖYÜŞDƏN VİDEOSU

Sosial şəbəkələrdə izləyiciləri kövrəldən paylaşım yer alıb.

ARANTV.AZ  Sonxeber.az-a istinadən xəbər verir ki, sözügedən paylaşımda Xocavəndə ilk ayaq basan qəhrəmanlarımızın susuz və yuxusuz yol qət etmələri əksini tapıb.

Videoda əsgərlərimizdən biri “Ay Allah, bir qurtum su olaydı” deyərək ürək dağlayıb.

Torpaqlarımızın belə çətinliklərlə alınması hər kəsi həm kövrəldib, həm də qürurlandırıb.

Allah şəhidlərimizə rəhmət etsin, qalan igidlərimizə can sağlığı versin!

 

Daha çox xəbərlər