Maraqlı 

Müxtəlif xalqların qadınlarının gözəllik sirləri

İngiltərə

Hamar və incə dəriyə sahib olan inglis qadınlarının öz gözəllik sirri var. Əslində İngilis qadınlarının hamar dərilərinin sirri yulaf unundadır.Siz də belə dəriyə sahib olmaq istəyirsinizsə onda 2 qaşıq xama və 4 qaşıq yulaf ununu qarışdırın. Alınan məhlulu bir müddət kənarda saxlayın. Bir müddətdən sonra həmən məhlulu üzünüzə çəkin. Nəticədə üzünüz kremə ehtiyac olmadan parlaqlığını qoruyacaq.

İtaliya

Heç bilirdinizmi ki, italyan qadınlarının parlaq saçlarının sirri qatıqdadır. Bir az qatıq və bir qaşıq zeytunu qarışdıraraq saçınıza çəkin. 5 dəqiqə sonra saçlarınızı su ilə yuyun. Nəticə canlı və parlaq saçların sahibəsi olacaqsınız.

Hind qadınları

Hind qızları uzun və ipək saçları ilə dünyada məşhurdur. Belə gözəl saçların sirri kokos yağındadır. Hindistanlılar ilıq kokos yağı ilə saç dərisini masaj edir. Bir gecə saçda qalan yağ səhəri gün yuyulur. Beləliklə, saç parlaq və canlı olur.

Fransız xanımların gözəllik sirləri 

Möhtəşəm və parlaq dəriyə malik olan fransız qadınları albalı və nar maskalarından istifadə edir. Onlar albalı və nar dənələrini blenderdə əzərək üzə çəkir. Bu maska həftədə bir dəfə olmaqla 5-6 dəqiqə istifadə olunur. Dərinizin necə parlaq və canlı olduğunun özünüzdə şahidi olcaqsınız.

İspaniya

İspan qadınları saçlarını sağlam saxlamaq üçün mərcan şirəsindən istifadə edir. 1,5 stəkan mərcanı şirəsi ilə eyni miqdarda suyu qarışdırdıqdan sonra bu qarışıq ilə saçlarınızı yuyun. Nəzərə almaq lazımdır ki, bu qayda yalnız  əsmər qadınlar üçündür. Sarışın və qızılı saçlı qadınlar isə mərcan şirəsinin əvəzinə limon suyu istifadə edə bilərlər.

Daha çox xəbərlər