Azərbaycan Türkiyədə müdafiə sənayesi sərgisində iştirak edəcək
Bu il mayın 25-də Türkiyədə İDEF-2021 XV beynəlxalq müdafiə sənayesi sərgisi açılacaq.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, sərgiyə Azərbaycandan da nümayəndə heyətinin qatılması gözlənilir.
148 ölkədən 341 rəsmi heyətin iştirak edəcəyi sərgi dünyanın ən böyük müdafiə sənayesi sərgilərindən biridir.
Tədbir mayın 28-dək davam edəcək.

