Kriminal 

Bakıda kafedə gənc bıçaqlanıb

Bakının Sabunçu rayonunda kafedə dava zamanı bir nəfər bıçaqlanıb.

ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu bazarında qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Kərimov Rüstəm Namiq oğlu kafedə tanımadığı şəxslə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Daha çox xəbərlər