“Tufan” gündəmə gəlir- Video
Müğənni Murad Arif bu dəfə Türkiyədə fəaliyyət göstərən həmkarı Günel Zeynalova ilə işbirliyinə başlayıb. ARANTV.AZ xəbər verir ki, hər iki tanınmış sima “Tufan” adlı mahnını duet şəklində ifa edib. Hətta cütlük ifanı ekranlaşdırmaq qərarına gəliblər. Günellə Murad işi rejissor Delee Orucluya həvalə edib. Fərqli obrazda kamera qarşısına keçən Muradla Günelin çəkilişləri Qobustan ərazisində baş tutub. Ekran işi bir neçə gündür ki, MTV –də yayımlansa da, “Youtube” paylaşım platformasına ötən gün yerləşdirilib. Bu məqamda bildirək ki, “Tufan”ın söz və musiqisi Murad Arifə məxsusdur.

