Hindistanda məktəbliləri aparan avtobus aşdı: 35 yaralı var
Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında məktəbliləri aparan avtobus aşıb.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 35 məktəbli xəsarət alıb.
Məktəblilərin xəstəxanaya yerləşdirildiyi, həyatlarına təhlükə olmadığı deyilir.
Qəzanın səbəbləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

