Cəmiyyət 

Bakıda saxlanılan qırğız məmur Bişkekə ekstradisiya edildi

Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılan Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin keçmiş sədri Ədəmqul Junusov bu gün ölkəsinə ekstradisiya edilib.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, Bişkek məhkəməsi tərəfindən onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Qırğız Respublikasında 2013-2016-cı illərdə Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışmış, bu il avqust ayından İnterpol xətti ilə axtarışa verilən Ədəmqul Junusov Cinayət Məcəlləsinin xidməti 304-cü maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə ittiham olunur.

Daha çox xəbərlər