Sosial 

Şəhidin ikinci övladı doğuldu, atasının adını verdilər – FOTOLAR

Tovuz döyüşlərində şəhid olan Məmmədov Elşad Dönməz oğlunun ikinci övladı dünyaya gəlib.

ARANTV.AZ  xəbər verir ki, yaxınlarının “Qafqazinfo”ya verdiyi məlumata görə, yeni doğulan körpəyə Elşad adı verilib.

Qeyd edək ki, Elşad Məmmədov Tovuzun Ağdam kəndindədir. O, iyulun 12-də cəbhənin Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 1996-cı il təvəllüdlü Baş əsgər şəhid olarkən ilk övladı Məhəmməd 7 aylıq idi.

Xatırladaq ki, Elşad Məmmədovun xalası oğlu, 1985-ci ildə Tovuzun Ağdam kəndində anadan olan MAXE Elbrus Yusifov da Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.

Şəhidin ikinci övladı doğuldu, atasının adını verdilər - FOTOLARŞəhidin ikinci övladı doğuldu, atasının adını verdilər - FOTOLARŞəhidin ikinci övladı doğuldu, atasının adını verdilər - FOTOLAR

Daha çox xəbərlər