Hadisə 

10 maşın toqquşub

Bakı-Qazax yolunda zəncirvari qəza nəticəsində bir nəfər vəfat edib.

ARANTV.AZ xəbər verir ki, səhər saatlarında həmin yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində yük maşını (TIR) idarəetməni itirərək aşıb və yolun kənarına düşüb: “Qəza zamanı bir neçə avtomobil də yük maşını ilə toqquşub.

Ümumilikdə, 10 avtomobilin iştirakı ilə qəza baş verib. İlkin məlumata görə, bir nəfər vəfat edib.

Daha çox xəbərlər