Sosial 

Maska və dermatoloji problemləri

COVID-19 epidemiyası hava-damcı vasitəsilə ötürüldüyü üçün danışıq, asqırma və öskürək zamanı damcıların ətrafa yayılmaması üçün maska ​​taxmaq vacibdir. Dəri bədənin ilk müdafiə bariyeridir və buna görə də, COVID-19-un yayılmasının qarşısını almaq üçün maska taxmaqdan əlavə, dərimizin sağlamlığını qorumağımız da vacibdir. Maskadan istifadə nəticəsində dəridə bəzi dermatoloji problemlər yarana bilər.

ARANTV.AZ  Türkiyə mətbuatına istinadən xəbər verir ki, maska nəmə, sürtünməyə və təmas reaksiyalarına səbəb olur. Bunun nəticəsində də dəridə quruluq, qaşınma, sızanaq və eczema yarada bilər.

Maskadakı süngər zolağı da daxil olmaqla müxtəlif məhsulların istehsalında istifadə olunan poliuretanlar allergik və ya qıcıqlandırıcı ekzemaya səbəb ola bilər. Allergiyaya səbəb olmayan və tərkibində lateks, paraben, neylon, xlor kimi maddələr olmayan maskalara uzunmüddətli istifadə üçün üstünlük verilməlidir. Maskanın taxıldığı hissədə qaşınma və ya sancma hissi yaranarsa, digər materiallardan hazırlanmış maskalar sınanılmalıdır. Maskanı dəyişdirmə şansı yoxdursa və ya digər məhsullara qarşı qaşınma və ya sancma hissi varsa, maskanın içinə iki qat cuna qoymaq olar. Adətən burnumuzun üstü qulaqların arxası və yanaqlar təsirlənir. Ən çox görülən simptomlar quruluq, qaşınma, qızartı, qabıq, sızanaqlar və bəzən dəri çatlamalarıdır. Müalicədə nəmləndiricilərdən, kortizon tərkibli kremlərdən və antiallergik dərmanlardan istifadə olunur. Tənəffüs olunan hava və tərdən qaynaqlanan yüksək temperatur isə  üz dərisində yaranan nəmlik səbəbindən sızanaqlara səbəb ola bilər. Burun, yanaqlar, çənə xətti və boyunda qara və ağ ləkələr görülə bilər. Xəstələrə maska ​​taxma müddətinə nəzarət etmələri və tərləməni azaltmaq üçün maskaya iki qat cuna qoymaları tövsiyə edilə bilər. Yaş və çirkli maskalar da dərhal dəyişdirilməlidir. Sızanaq üçün xüsusi tərkibli sızanaq kremləri, dermatoloq tərəfindən yağlanmanı azaldan kosmetik məhsullarla yanaşı tövsiyə ediləcək.

Daha çox xəbərlər