Dünya 

Ermənistanda əhali sərhədyanı əraziləri tərk edir

Ermənistan əhalisi Azərbaycanla sərhədyanı bölgələrdən kütləvi köçə başlayıb.

ARANTV.AZ  unikal.org-a istinadən bildirir ki, bununla bağlı statistik göstəricilər yayılıb. Statistik məlumat Ermənistanın Azərbaycanla həmsərhəd yerləşən inzibati-ərazi bölgüsü vahidləri olan mərzlər üzrə rəqəmləri əks etdirir.

Belə ki, Sünik mərzini (Zəngəzur) 1 300 nəfər, Tavuş mərzini (Göyçənin şimalı, Dağ Borçalısı) 800 nəfər, Qeqarkunik mərzini (Göyçə) 300 nəfər, Vayots Dzor mərzini (Dərələyəz) isə 200 nəfər tərk edib.

Daha çox xəbərlər