Sosial 

Bərdədə “COVID-19″a qarşı vaksinasiya – VİDEO

Rayon sakinləri peyvəndləmə prosesində aktiv iştirak edir
Bərdədə koronavirusa qarşı vaksinasiya prosesində sakinlərin aktivliyi müşahidə edilir.

ARANTV.AZ  bildirir ki, artıq tibb işçiləri və 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsindən sonra 50 yaşdan yuxarı insanların vaksinasiyasına başlanılıb. Bərdə rayon mərkəzi xəstəxanasında yaradılan peyvənd məntəqəsində vaksinasiya üçün xüsusi otaqlar ayrılıb. Sakinlərin qeydiyyatı və tibbi müayinəsi aparıldıqdan sonra onlara “Coronavak” peyvəndi vurulur.

Həm 1-ci, həm də 2-ci doza peyvənd olunan Bərdə sakinləri səhhətlərində heç bir mənfi hal olmadığını, infeksiya ilə mübarizə üçün vaksinasiyanın vacibliyini bildiriblər.

Qeyd edək ki, respublikanın bölgələrində koronavirusa qarşı vaksinasiya yanvarın 21-dən başlanılıb. Virusla mübarizədə immunitetin yaradılması üçün Çinin Sinovac şirkətinin “Coronavak” peyvəndindən istifadə olunur.

 

Daha çox xəbərlər