Sosial 

Qarlı havada paytaxtda baş verən yol qəzalarının sayı açıqlanıb

“Paytaxt ərazisində sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün indiyədək maddi zərərlə nəticələnən 41 yol-nəqliyyat hadisəsi baş verib”.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu haqda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, paytaxtın 11 ərazisində texniki cəhətdən nasaz olan avtomobillər yollarda süni tıxaclar yaradıb.

Daha çox xəbərlər