Sosial 

Vilayət Eyvazov bu şəxsə yeni VƏZİFƏ VERDİ

Binəqədi rayon Polis İdarəsinin rəisinə şəxsi heyətlə iş üzrə köməkçi təyin olunub.

ARANTV.AZ Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Fuad Əliyev təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək DİN-in Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində rəis müavini vəzifəsində çalışıb.

Daha çox xəbərlər