18 yaşlı oğlanın qanını tökdü – Bərdədə cinayət – YENİLƏNİB

14:11

Bərdə rayonunda 18 yaşlı gənci bıçaqlayan şəxs tutulub.

ARANTV.AZ bildirir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni tördən Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü Rəşad Füzuli oğlu Quluzadə saxlanaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

———–
10:19

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ bildirir ki, hadisə rayonun Mirzəxan kəndində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Əhmədov Rauf Nurəddin oğlu həmyerlisi tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxsin şəxsiyyəti hələlik müəyyənləşməyib. Yaralı yaxınları tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.report