Dünya 

Edam cəzasına etiraz edib maşını insanların üzərinə sürdü: 9 yaralı

Yaponiyanın paytaxtı Tokioda bayram axşamı terrora cəhd hadisəsi baş verib.

ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bayram üçün yığışmış qələbəliyin üzərinə gözlənilməz anda avtomobil sürülüb. Nəticədə bir nəfər ağır yaralanıb, 8 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Hadisəni törədən 21 yaşlı Kazuhiro Kusakabe polisə ifadə verən zaman əvvəlcə terror törətmək istədiyini etiraf etsə də, daha sonra edam cəzasına etiraz olaraq bu addımı atdığını bildirib.

Daha çox xəbərlər