Hadisə 

Oğuzda dəhşətli hadisə – Su qızdırıcısı partladı

Oğuzda su qızdırıcısının partlaması nəticəsində 28 yaşlı qadın xəsarət alıb.

Hadisə rayonun Kərimli kəndində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Püstəxanım İsrayıl qızı Zakirova evdə olan su qızdırıcısının partlaması nəticəsində üz nahiyəsindən ağır xəsarətlər alıb.

Yanıq xəsarətləri alan qadın Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər