Çin sahillərində Tayvan gəmisi batıb
Çinin şərq sahillərində Tayvana məxsus yük gəmisi batıb.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, hadisə nəticəsində bir nəfər ölüb, 9 nəfər itkin düşüb.
Ümumilikdə gəminin göyərtəsində 15 nəfər olub. Axtarış-xilasetmə əməliyyatı davam edir, ekipaj üzvlərindən 5-ni xilas etmək mümkün olub.
Gəminin batma səbəbləri məlum deyil.

