Dünya 

Əfqanıstanda posta hücum, 5 hərbçi öldü

Əfqanıstanda hərbi posta hücum olub.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, Taliban silahlıları ölkənin cənubundakı Qəndahər vilayətində postu partladıblar. Hadisə nəticəsində 5 hərbçinin öldüyü bildirilir.

Korpus komandirinin sözlərinə görə, silahlılar italyan əsgərlərini öldürməyə çalışıblar, lakin onlar hadisə yerindən heç bir xəsarət almadan qaça biliblər.

Hazırda NATO-nun tərkibində Əfqanıstanda 895 İtaliya hərbçisinin xidmət etdiyi deyilir.

Daha çox xəbərlər