İSLAM 

Fələq və Nas surələrinin nazil olma səbəbi barədə rəvayətlər doğrudurmu?

 Fələq və Nas surələrinin nazil olma səbəbi barədə rəvayətlər doğrudurmu?

Bəzi hədis və rəvayətlərə görə, guya Məkkə müşrikləri Həzrət Mühəmməd Peyğəmbər (s) üçün cadu etmiş, Peyğəmbər (s) bu cadunu Həzrət Əlinin (ə) vasitəsilə aşkara çıxarmış, Fələq və Nas surələrinin köməyi ilə batil etmişdi. Bu rəvayətlərə əhli-sünnənin əksər mənbələrində və bəzi şiə kitablarında rast gəlinir. Müsəlman alimlərin böyük bir qismi bu hadisəni doğru saymış və öz kitablarında nəql etmişlər. Lakin əksəriyyəti şiələrdən ibarət olan alimlər bu qəbildən olan rəvayətləri etibarlı hesab etmirlər. Onların fikrincə, Həzrət Mühəmməd Peyğəmbərə (s) sehr və cadunun təsir etməsi mümkün deyildir, Allah o həzrəti bu cür təsirlərdən qorumuşdur. Həm də Fələq və Nas surələri Məkkədə nazil olmuşdur, onların üslubu da bunu təsdiq edir. Yəhudilər isə Mədinədə yaşayırdılar və hicrətdən sonra Peyğəmbərlə (ə) düşmənçilik etmişdilər. Quranın bəzi ayələri də Peyğəmbərin (s) sehr və caduya məruz qalma ehtimalını rədd edir (Fürqan, 8-9).

Daha çox xəbərlər