Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Pandemiya ilə düzgün mübarizə: “Azərbaycan nümunəsi”nin qazandırdığı uğurlar – TƏHLİL

By Vüsal Rafiqoğlu
01.03.2021 4 Min Read

Bütün dünyanı cənginə alan koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Hələ ölkədə virusa yoluxma faktı aşkarlanmazdan öncə bir sıra qabaqlayıcı tədbirlər görülürdü. 2020-ci ilin fevral ayında ölkə ərazisində ilk koronavirusa yoluxma faktı aşkarlandı və ölkə ərazisində karantin rejimi tətbiq edildi.

Pandemiya ilə mübarizə çərçivəsində müxtəlif istiqamətlərdə atılan tədbirlərin nəticəsi olaraq Azərbaycan bu günə qədər koronavirus pandemiyasından ən az zərər görmüş ölkələrdən biridir.

Baxmayaraq ki, 2020-ci ilin noyabr-dekabr aylarında yoluxmaların sayında artım müşahidə olundu, görülən tədbirlər nəticəsində bu gün yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika isə ölkədə koronavirus xəstəliyinin bundan sonra da ciddi nəzarət altında saxlanacağına dəlalət edir.

Karantin rejimi tətbiq edildikdən sonra müşahidə edilən müsbət dinamika əhali arasında da müəyyən mənada rahatlıq yaratdı. Xəstəliklə mübarizə çərçivəsində ölkə başçısı İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, əksər xəstəxanalar koronavirus xəstələrinin müalicəsi üçün ayrıldı.

Prezident İlham Əliyev çıxışlarında prinsip etibarilə bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlərin görüldüyünü qeyd edib:

“Bütün təşkilati məsələlər lazımi səviyyədə görülməli idi və biz buna nail olduq. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq. Xəstəxana fondumuzu qısa müddət ərzində xəstəliklə əlaqədar vəziyyətə uyğunlaşdıra bildik. Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bildiyiniz kimi, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik.

Eyni zamanda, modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Qabaqlayıcı tədbirlərdə bütün bu amillər nəzərə alındı. Biz ən kritik ssenariyə də hazır olmalıyıq. Məhz belə operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində bu gün xəstəlik nəzarət altındadır. Bütün bu addımlar, əlbəttə, imkan verir ki, biz bu vəziyyətdən şərəflə çıxaq, insanlarımızı qoruyaq”.

Pandemiyaya qarşı mübarizə zamanı Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq arenada operativ tədbirlər görüb. Dünyada vaksinləmə prosesi başlayıb və Azərbaycan bu prosesə qoşulan ilk ölkələrdən biridir.

Belə ki, Azərbaycan ölkələrin vaksinlərə ədalətli istifadə imkanını təmin etmək üzrə Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə beynəlxalq “COVAX” təşəbbüsünə ilk qoşulanlardan biri olub. Hətta COVİD-19-la effektiv mübarizədə “Azərbaycan nümunəsin”dən faydalanan ölkələr belə var.

Hazırda respublika üzrə yoluxma sayı 234 min 537 nəfərdir. Ölkə üzrə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 3 min 220 nəfər, ümumi sağalanların sayı 228 min 768 nəfərdir. Aktiv xəstələrin sayı isə 2 min 549 nəfərdir.

Cənubi Qafqazda koronavirusa qarşı peyvəndləmə prosesi başlayan birinci ölkə məhz Azərbaycan oldu. Ölkədə peyvəndləmə prosesi yanvarın 18-də başlayıb. Bu isə Avropada başlanan vaksinasiya prosesindən cəmi bir ay sonraya təsadüf edir.

Vaksinasiya prosesi Çində istehsal edilən “CoronaVac” peyvəndi ilə aparılır.

“CoronaVac” peyvəndinin 4 milyon dozasının alınması barədə kontrakt bağlanıb. Vaksinasiya prosesi strategiyaya uyğun şəkildə aparılır. Bu istiqamətdə bütün imkanlardan istifadə edilir.

Ölkə başçısı İlham Əliyev də yerli və xarici media nümayəndələri üçün keçirilən 4 saat davam edən mətbuat konfransında da bu mövzuya toxunub. Prezident bildirib ki, biz Çində istehsal edilmiş “CoronaVac” peyvəndi ilə vaksinasiya aparırıq:

“Deməliyəm ki, biz həm də lap əvvəldən “COVAX” layihəsinə qoşulmuşuq. Bu layihə üzrə biz “AstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndlərini də almalıyıq. Bundan əlavə, biz Azərbaycana “AstraZeneca” vaksininin göndərilməsi barədə lap ilk günlərdən Rusiya tərəfi ilə müvafiq sənədlər imzalamışıq. Ona görə ki, Rusiya şirkətləri postsovet məkanında bu vaksinin, həmçinin “Sputnik” vaksininin distribüterləridir. Lakin hələlik bu vaksinlər bizə daxil olmayıb. Bizdə olan məlumata görə, “Sputnik” vaksini hələlik Rusiyanın daxili ehtiyaclarını təmin edir və xarici ölkələrə bu vaksin çox məhdud miqdarda göndərilib.

Mənə hər gün məruzə edirlər ki, bəzən gündə 15-20 min nəfərə peyvənd vurulur. Yəni, bu istiqamətdə bütün imkanlardan istifadə edəcəyik. Bunun üçün müvafiq maliyyə vəsaitləri ayrılıb. Sadəcə, vaksinlərin istehsalçılardan gəlməsini gözləyəcəyik”.

Belə ki, indiyənədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 273 min 198 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya prosesi bütün bölgələrdə uğurla davam etdirilir.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan beynəlxalq səviyyədə, o cümlədən Qoşulmama Hərəkatının sədri kimi təşəbbüs irəli sürərək BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyasının keçirilməsini təklif edib. Məhz bu təklif 150-dən çox ölkə tərəfindən dəstəklənib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev həmin iclasda vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsünə, bu məsələdə proteksionizm, millətçiliyin olmaması ilə bağlı fikri önə çıxarmışdı.

Bu gün bir çox ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin aldıqları üçün Afrika və digər ölkələrin vaksin almaq imkanları aşağı düşür, hətta ala bilmirlər.

Pandemiya ilə mübarizə çərçivəsində belə Azərbaycan rəhbərliyi sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edən, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayan ölkələri ədalətli olmağa çağırıb.

Azərbaycanın dünyada vaksinlərin ədalətli bölgüsü ilə bağlı qlobal təşəbbüsləri də öz növbəsində digər ölkələr tərəfindən dəstəklənib.

Bütün mövzularda olduğu kimi dünyanı cənginə alan koronavirus pandemiyası məsələsində də Azərbaycan həm milli mənada, həm də bu gün üzvlərinin sayına görə dünyada BMT-dən sonra ikinci beynəlxalq qurumda sədrlik edən ölkə kimi prinsipiallıq göstərir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kaşıkçının ölümü ilə bağlı ABŞ kəşfiyyatının hesabatından üç ad “yoxa çıxdı”

Next

İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılış mərasimlərində – CANLI YAYIM

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv