Çempionlar Liqasında Azərbaycanın “Ulduz”unu “söndürdülər”
Almaniyanın Ştutqart şəhərində eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında Çempionlar Liqasının oyunları keçirilir.
ARANTV.AZ xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən eşitmə qüsurlu əlillərdən ibarət “Ulduz” futzal komandası ilk oyun günündə İsrailin “Dolfins” komandasına 1:8, İsveçin “Lundia” klubuna 1:10 hesabı ilə məğlub olub.
Qeyd edək ki, təmsilçimiz bu gün saat 15:00-da Almaniyanın “Essen”, saat 18:00-da Fransanın “Paris” komandası ilə qarşılaşacaq.
Onu da bildirək ki, turnirin qalibi olan komandaya 1600 avro veriləcək.
oxu.az

