Əfv komissiyasının iclası keçirilir
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq.
Qeyd edək ki, indiyədək komissiyanın 4 iclası keçirilib və daxil olan müraciətlərin 450-dən çoxuna baxılıb. İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

