Dünya 

Gürcüstanda koronavirusa daha 360 yoluxma qeydə alınıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 360 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 271 739, ölənlərin sayı isə 3 541 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 265 805 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər