Kriminal 

Gəncədə qadın əri tərəfindən bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Əsgərova Həcər Hüseyn qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadın dərhal əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.APA

Daha çox xəbərlər