Abşeronda 28 yaşlı gənci avtomobil vurdu
Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə Xırdalan – Novxanı yolunda qeydə alınıb.
1993-cü il təvəllüdlü Xudiyev Elman Araz oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.“Report”

