Qədim türk və fars mənşəli xalqlara məxsus Novruz bayramı.
Tarixən Novruz bayrami Qədim türk və fars mənşəli xalqlara məxsus bayram olmusdur. Novruz Farsca adı da Yeni gün deməkdir.
Qədim dövrlərdə Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi də qeyd olunmuşdur.
Araşdırmalara görə e. ə. 350-ci ildən Əhəmənilər dövründə Novruz bayrami qeyd olunsa da, tarixi kökləri zərdüştlükdən əvvələ gedib çıxır.
XI əsrin yazılı abidələrində, xüsusilə Firdovsinin “Şahnamə”sində Novruzdan bəhs edilir. Farslarda məhz bu zamandan sonrakı çağlara aid ədəbiyyatlarında ondan geniş danışılır.

Başqa da Novruzun əkinçilik təqvimi ilə bağlı olmasıda tarixi qaynaqlardan məlumdur. Belə ki, bu bayram şimal yarımkürəsində 20-21 martda baş verən yaz bərabərləşməsi ilə əlaqələndirilir. Təbiətin oyanması, canlanması, bitkilərin yenidən öz yaşıl rənginə bürünməsi min illər boyu müşahidə olunmuş və təcrübədə təsdiqlənmiş bir gerçəklikdir. Belə bir yeniləşmə gününün başlanğıcı şəmsi-günəş təqviminin ilk ayının ilk gününə (21 mart) təsadüf edir. Buna görə də həmin günü Novruz (Farsca Yeni gün) adlandırıblar.

Qədim zamanlardan başlayaraq Novruz bayramı İranla yanaşı, Azərbaycanda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir. Martın 21-i gunu de İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
Novruz haqqında məlumatlara Biruni Əbu Reyhanın “Asarul Baqiye” (Pamyatniki minuvşix pokoleniy), Kaşğarlı Mahmudun “Divanü Lugat-it Türk”, Balasaqunlu Yusif Has Hacibin “Kutadqu biliq”, Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” və b. əsərlərində rast gəlirik.

Novruzun mənşəyi ilə bağlı müxtəlif mülahizələr de mövcuddur.
Bir mülahizəyə görə, “Novruz” turanlıların “Tura” bayramıdır. Bu mülahizəni K. Hüseynoğlu irəli sürmüşdür.
Əl Biruninin yazdığı rəvayət isə Novruzun yaranmasını Azərbaycanla bağlayır. Bu rəvayətə görə Cəmşid Azərbaycana gələndə qızıl taxta oturur və insanlar onu öz çiyinlərində aparırlar. Günəşin şüası Cəmşidin üzərinə düşdükcə insanlar onu görürlər və sevincdən həmin günü bayram edirlər.
Mülahizələrden biri de“Novruz”un “Yaradılış bayramı” olmasıdır. Bu mülahizəyə görə Tanrının dünyanı və insanı yaratması təbiətin yazda dirilməsi ilə simvolizə olunaraq həmin vaxtda bayram kimi qeyd olunur. Dünyanın yaranmasında iştirak edən dörd ünsür dörd çərşənbə də OD, SU, YEL, TORPAQ çərşənbəleri qeyd olunur və bu yaradılış prosesinin sonu bayram edilir.
Eyni zamanda Türk xalqlarının da qedim ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir.Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir. Azərbaycanlıların Novruz, Qırğızların Nooruz, Özbəklərin Növroz, Başqırd türklərinin Nevruz, Tatarların Navruz, Çuvaşların Naurus, Krım türklərinin Nevrez, Qərbi trakiyalıların Mevris adlandırdıqları bu bayram şimal yarımkürəsinin bir çox ölkələrində hər ilin mart ayında el bayramı kimi geniş qeyd olunur.
Başqa da Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir
Belelikle Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur, 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda da qeyd edilir.

Novruz bayramında bu adətlər yerinə yetirilir: – tonqal qalamaq, səməni cücərtmək, Kosa-keçi tamaşaları, günəşi çağırış, qodu ilə qapıları döymək, umu-küsülüyə son qoymaq, dünyadan köçmüşləri yad etmək, yumurta boyamaq, yumurta döyüşdürmək, yeddi növ nemətdən xonça hazırlamaq, evdə, həyət-bacada təmizlik işləri görmək, ocaqda qazan qaynatmaq, papaq (yaylıq) atmaq, bacadan xurcun sallamaq, ev sakinlərinin hamısını ocağın başına toplamaq, qulaq falına çıxmaq, yallı getmək., Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsler. (Bunun mənası insanların birliyidir)
Xoruz döyüşdürmək. Bunun üçün de xüsusi döyüş xoruzları böyüdülür.
Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus şəkildə kecirirler.
Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.

Şəmkir Peşə Liseyi və Şəmkir Koltəhnəli kənd tam orta məktəbin müəllimi Maral Vəliyeva

