Azərbaycan tarixi-Azərbaycanın keçmişi və bu günü
Ümumi məlumat
Azərbaycan sivilizasiyanın ən qədim mərkəzlərindən biri olmaqla zəngin və qədim tarixə malikdir. Min illər ərzində onun ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılmışdır.
Biz müəllimlərin üzərimizə düşən əsas iş tələbə və yeniyetmələrə Vətənimizin tarixi keçmişi haqqında dərin biliklər vermək, onlara tariximizin mürəkkəb və ziddiyyətli dövrlərindən baş açmağı öyrətmək, onlarda cəmiyyətdə baş verən hadisələri obyektiv qiymətləndirmək bacarığı aşılatmaqdan ibarət olmalıdır.

Azərbaycan tarixinin öyrənilməsinin əhəmiyyəti ondan ibarətdir ki, tələbə gənclərə Vətənimizin tarixinin ən qədim zamanlardan bugünədək keçdiyi tarixi yolu izləməyə imkan verir, tariximizdəki qaranlıq səhifələrin işıqlandırılmasında,
onlarda keçmişə hörmət, gələcəyə inam hisslərinin formalaşmasında, vətənpərvərlik ruhunun tərbiyə edilməsində böyük rol oynayır.
Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər.

Vətənin bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin getdiyi bir zamanda xalqın vətəni qorumağa qadir, mərd, sadiq gənclərə böyük ehtiyacı var. Buna göre “Azərbaycan tarixi” fənninin tədrisində əsas vəzifələrdən biri yeniyetmə və gəncləri Vətənimizin qədim tarixi və zəngin mədəni irsi ilə yaxından tanış etmək, gənclərin Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı biliklərinin və dünyagörüşlərinin hərtərəfli inkişafına nail olmaq, onlarda vətənpərvərik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsidir.

Hələ Sovet illərində bizim gerçək tariximizin öyrənilməsi yasaq edilmiş və bizə saxta tarix öyrədilmişdir.Bu da təbii ki, hər bir Azərbaycanlını o vaxt narahat edib. Bu səbəblərdən də Ulu öndərimiz Heydər Əliyev “Azərbaycan tarixi”nin elmin son nailiyyətləri əsasında tam obyektiv şəkildə yenidən yazılmasını və öyrənilməsini vacib bir vəzifə kimi qarışıya qoymuş və
tələb edib ki, Azərbaycan dövlətinin, Azərbaycan xalqının real tarixi yazılmalı və öyrənilməlidir. Və o istiqamətdə də tarixi araşdırmalar aparılır, çoxlu sayda Azərbaycan tarixinə aid dərsliklər və dərs vəsaitləri nəşr olunmuşdur.
Burda İlk öncə Azərbaycanın qədim dövr tarixinə nəzər salaq.
Azərbaycanın qədimiliyini subut edən ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır. Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit Arxeoloji Ekspedisiyası” tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Hazırda Azərbaycan, Yaxın Şərq və Qafqaz ərazisində mustye mədəniyyətinə aid ən zəngin arxeoloji abidə Tağlar mağarası hesab olunur.Mağara Qarabağın Tuğ çökəkliyində, Quruçayın sol sahilində yerləşir.
Mezolit dövrünü isə başlıca olaraq Qobustandakı qaya üstü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib.Bu qayaüstü rəsmləri isə 1939-cu ildə arxeoloq İshaq Cəfərzadə aşkar etmişdir. 2007-ci ildə Qobustan UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. (Mənbə bax: Azərbaycan tarixi)
Azərbaycan dünyada antropogenez zonasına daxildir və bəşəriyyətin ilkin beşiklərindən sayılmışdır.

Beləliklə aparılmış arxeoloji qazıntı işləri Azərbaycanın Üst Paleolit dövründə məskunlaşıldığını, Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malik bir subutu olmuçdur. Azərbaycan ərazisində ilk dövlət qurumları hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq Urmiya gölünün cənub və cənub şərqində Aratta dövləti yaranmışdı. Aratta ölkəsinin adı “dağ, dağ ölkəsi” mənasını verirdi. Bu da göründüyü kimi, ölkənin adı coğrafi xüsusiyyətiylə yəni dağlıq olması ilə bağlı olmuşdur. E.ə.III minilliyin ikinci yarısına aid Şumer- Akkad mənbələrində Urmiya gölünün cənubunda Lullubinin və gölün qərb ətrafında Kutium dövlətlərinin adı da cəkilmişdir. E.ə.I minillikdə Azərbaycan torpaqları haqqında ən qiymətli məlumatlara Assuriya mixi yazılarında da rast gəlinmişdir. Eramızdan əvvəl I minillikdə -bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Atropatena və Albaniya kimi dövlətlər mövcud olmuşdur. Bizim erada III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. Xatırladımki Ərəb xilafətinin Azərbaycanı işğal etməsinə qədərki müddətdə yəni Vl əsrdən Vll əsrə qədər vaxtda Azərbaycanda xristianlıq yayılmağa başlayır, Zaqafqaziyada ilk apostol və avtokefal xristian kilsələrindən hesab edilən kilsələr meydana gəlir, mə’nəvi və dünyəvi mədəniyyət inkişaf edir.
Və beləliklə Ərəb xilafətinin Azərbaycanı işğalından sonra VIII əsrin əvvəllərində Azərbaycan Arran vilayəti adı altında Ərəb Xilafətinin tərkibinə daxil oldu. İslam Azərbaycanda hakim dinə çevrildi. Yeni ənənələr və mədəniyyət təşəkkül tapdı. İslamı qəbul etmiş digər xalqlar kimi, Azərbaycanlılar da ümumi “Müsəlman” adı altında müsəlman mədəniyyətinin inkişafında iştirak etmişlər. O vaxtdan Azərbaycan dünyaya görkəmli alimlərin, şairlərin, memarların böyük bir şəcərəsini bəxş etmişdir. Orta əsrlərdə təxminən IX əsrin ortalarında Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Orta əsrlərdə Azərbaycanın ərazisində dövlətçilikdə varislik saxlanmaqda idi: Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər. Azərbaycan xalqı dünya mədəniyyətində öz dəstxətti ilə seçilən xalqlardan olub. Onun əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə aşılanmışdır. Azərbaycanı öz tə’sir dairəsinə salmaq uğrunda bəzi dövlətlərin rəqabəti XVIII əsrdə ölkədə daxili sabitliyin kəskin şəkildə pozulmasına gətirib çıxardı, nəticədə, bir neçə müstəqil və yarımüstəqil dövlət qurumları-xanlıqlar meydana gəldi. XVIII əsrin sonu XIX əsrin əvvəllərində Iran, Türkiyə və Rusiya arasında ziddiyyətlər güclənməyə başlayır.Azərbaycan uğrunda müharibələr şiddətlənir. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsi Azərbaycanı və onun xalqını iki yerə böldü: Azərbaycan ölkəsinin tarixi əraziləri Cənubi Qafqazın şərq və cənubi-qərb hissəsini yəni indiki İran dövlətinin şimali-qərbini əhatə edən və ümumi sahəsi 410 min km2
, əhalisinin sayı 60 milyondan artıq olan bu ölkənin şimal hüdudları Dərbəndə, cənub hüdudları isə Həmədana qədər uzanan, Şərqdə Xəzər dənizi və Qazvin şəhəri, qərbdə isə indiki Gürcüstan və Türkiyə ilə həmsərhəd olan Azərbaycanın Şimal hissəsi Rusiya tərəfindən işğal edildi, Cənub hissəsi isə İran dövlətinin tərkibinə qatıldı. 1905 ci ildən başlıyaraq Xanlıqlar rusiya imperiyasının hərbi təcavüzü nəticəsində rusiyaya birləşdirilir. İşğal olunmuş xanlıqların ərazisində özünün hakimiyyətini bərkidməyə çalışan Rusiya İmperiyası, ərazilərə Qacar İrandan və Osmanlı Türkiyəsindən köçürdüyü xristian erməniləri yerləşdirməyə başlamışdır. Bu siyasətin nəticəsində təkcə 1828-ci ildən 1830-cu ilədək həm Türkiyə həm də İran ərazisindən təxminən 130 min ermənini köçürərək (bunlardan 50 mini Qarabağ xanlığının ərazisində) Azərbaycan xanlıqlarının ərazilərində məskunlaşdırılmışdır.1917-ci ildə Rusiyada monarxiyanın süqutu əyalətlərdə azadlıq hərəkatlarının inkişafına əlverişli şərait yaratdı.Yenidən 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı öz müstəqilliyini bərpa edir. Müstəqilliyi 23 ay yaşadıqadan sonra 1920-il apreln 28-də süqut etdi. Xl ci rus ordusu Bakıya daxil olur. Beləliklə 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. Birinci Qarabağ döyüşlərinin qızğın getdiyi vaxtlarda Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə 73 ildən sonra bərpa etdi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilir.
Azərbaycan Ali Sovetində aparılan 4 günlük müzakirələrdən sonra bu Konstitutsiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edilmişdir.

Müstəqil Azərbaycan dövlətinin qurulması bizim həyatımızda mühüm tarixi hadisədir. Doğrudur, müstəqillik yolu bizim üçün asan yol olmayıb, biz bu yolda ağır sınaqlara məruz qalmışıq. 1988 ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, erməni qəsbkarlarının ərazimizin 20 faizini işğal etməsi bir milyondan çox həmvətənimizi doğma yurd-yuvasından didərgin salaraq qaçqın və köçkünə çevirməsi
müstəqil dövlətçiliyimizə mane olmağa çalışan daxili və xarici qüvvələrin təxribatları, keçmiş iqtisadi əlaqələrin pozulması, və sairə problemlər də bizim müstəqillik yolumuzu xeyli çətinləşdirmişdir. Lakin bütün bunlar xalqımızın öz müstəqil dövlətçiliyinə inamını, mübarizə əzmini və qətiyyətini nəinki sarsıtmamış, əksinə daha da möhkəmlətmişdir. Artıq bizim rəşadətli ordumuz 28 il qabaq ermənistan orduları tərəfindən zəpt edilmiş torpaqlarımızı işğaldan azad edib 8 noyabr 2020 ci ildə qələbə zəfəri çaldıq.
Azərbaycanın işıqlı gələcəyi naminə YAŞASIN cox millətli Azərbaycanımız!.

Şəmkir Peşə Liseyi və Şəmkir Koltəhnəli kənd tam orta məktəbin müəllimi Maral Vəliyeva

