Nazirlik rəsmisi sosial yardımla bağlı müraciətlərə haqsız yerə imtina verilməsinə münasibət bildirdi
“Heç kimə haqsız yerə ünvanlı dövlət sosial yardım təyinatı üçün imtina verilmir.”
ARANTV.AZ-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib.
Onun sözlərinə görə, vətəndaşların belə bir faktlar varsa, DSMF-ə müraciət etsinlər:
“Həmin şəxslərin məsələsi araşdırılacaq. Bəzən vətəndaş bu cür məsələləri qaldırır, onlarla təmasa keçdikdə fakt təqdim etmir”.

