Əzab çəkməkdən həzz alan millət… – Zöhrabyanı niyə topa tutdular?
Azərbaycana, Türkiyəyə daima zəhər püskürən, bu azmış kimi, öz nifrətini həm də təbliğ edən ermənilərdən biri də deputat Naira Zöhrabyandır.
Ümumən qonşu ölkədə Türk millətinə allergiyası olmayan, ifritəlik etməyən hansısa siyasətçi tapmaq çox qəliz məsələdir. Yaxın perspektivdə də beləsi deyəsən görünmür.
Ermənilərin ən böyük bədbəxtçiliyi də Türkə xroniki antipatiyasıdır. Bu, əslində sırf heyvani xofdan doğan antipatiya, kin-küdurətdir. Həmin xofdan isə onlar bir əsrdən çoxdur Rusiya sığınmağa çalışırlar. Halbuki nə Azərbaycan, nə də Türkiyə Ermənistan üçün heç bir təhlükə kəsb eləmir, ona qarşı ərazi iddiası irəli sürmür, onu hərbi müdaxilə ilə hədələmir. Bakı və Ankara sadəcə, İrəvandan da eyni yanaşma tələb edir ki, Güney Qafqazda nəhayət, sülh və əmin-amanlıq bərpa olsun, erməni xalqı da normal toplumlar kimi, qorxu-ürküsüz öz yaşamına qovuşsun.
Yəni bədxah qonşularımızın hazırkı miskin durumlarının tək səbəbi özləri. Onlar SSRİ dağılandan sonra müstəqil və suveren dövlətlərini qurmaq, qonşularla iqtisadi inteqrasiya yolu seçib rifaha çatmaq əvəzinə, yenə Moskvanın ətəyindən möhkəmcə yapışdılar, olmayan “Türk təhlükəsi”ni maniakal şəkildə şişirdərək, Türkdən “əcinnə” obrazı yaradaraq, təzədən rusun ağuşuna atıldılar, məmnuniyyətlə onun vassalına, marionetinə çevrildilər. Bu vassallıq hesabına, Moskvaya güvənərək üstəlik, qonşu ölkənin 20-lik halal ərazisini ilhaq eləmək sevdasına düşdülər.
Ancaq rus enində-sonunda ilhaqın rəsmiləşməsinə kömək etmədi – təbii ki, öz maraqlarını naminə. Ermənistan adlı qondarma, baş tutmamış dövlətin yeganə qarantı olan Rusiyanın tək “suçu” – bu. O zaman nəyin gileyin edirlər, nədən narazıdırlar, nə üçün Moskvanı savaşdan sonra da Ermənistanın əsas arxa-dayağı sayanları hədəf seçiblər, anlaşılmır?..
Qayıdaq Zöhrabyana. Bu Türk düşməni axçi iki gün qabaq bir ifadə işlədib. Deyib: “Biz hər addımımızı Rusiya ilə müzakirə edəcəyik, çünki o, strateji tərəfdaşımız və təhlükəsizliyin yeganə, əsl qarantıdır”.
Onun bu sözləri isə erməni mediasında, o cümlədən qərbyönlü KİV-də əsl isterika yaradıb. Sanki Zöhrabyan 30 ildir Rusiyanın ucqar quberniyası olan, xarici sərhədlərini belə rus əsgərlərinin qoruduğu Ermənistanla bağlı nəsə təzə, qeyri-adi bir şey söyləyib.
Məsələn, Razmik Akopcanyan ad-soyadlı şərhçi Armenianreport.com-da bu xüsusda yazır: “Zöhrabyan hər birimizi təhqir edən açıqlamalar verməkdədir. Belə açıqlamaların mahiyyətində isə müxalifətin Ermənistan üzərindəki bütün nəzarət rıçaqlarını rusların əlinə verməyə hazır olması dayanır”.
Müxalifətə qarşı ittihamları davam edın müəllif ardınca yazır: “Onlar (müxalifət – red.) dəhşətli şəkildə xalqdan uzaq düşüblər. Üstəlik, bunu gizlətmirlər də. Bu qənaət Ermənistandakı bütün tanınmış siyasi xadimlərə aiddir. Lakin müxalifətdən həmişə və hər yerdə daha çox tələb var. Çünki ölkə və vətəndaşlar üçün bütün istiqamətlər üzrə lazımi dəyişikliklərə nail olmaq üçün hakimiyyətə təzyiq göstərmək missiyası onun üzərindədir. Zöhrabyan isə sanki “Vahid Rusiya” partiyasının deputatı kimi danışır. “Hər addımımızı Rusiya ilə müzakirə edəcəyik” ifadəsi nə deməkdir? Ermənistan müstəqil dövlətdir (?! – red.). O, bizi inandırmağa çalışır ki, Rusiya tərəfdən bizə qarşı xəyanət olmayıb. Eyni zamanda, mövcud hökuməti ölkənin inkişaf vektorunu daha normal və mədəni istiqamətə dəyişdirməyə çalışdığına görə də tənqid edir”.
Nikol Paşinyanı nəzərdə tutulur. Bəli, Nikol qərbyönlüdür. Bunu 44 günlük savaşdakı kapitulyasiyaya kimi daha açıq büruzə verirdisə, artıq “quyruğu qapı arasında qaldıqdan” sonra Moskvaya qarşı qat-qat ehtiyatlıdır. Az qala, suyu da üfürə-üfürə içir. Amma və lakin…
Paradoks ondadır ki, II Qarabağ savaşından sonra rəsmi İrəvan heç Moskvanın icazə verdiyi dərəcədə də müstəqil olmaq istəmir. Çünki iqtidarlı-müxalifətli, ermənilərin, erməni lobbisinin gözünü Türkə nifrət elə tutub ki. Onlar nifrətlə yaşamaqdan, əzab çəkməkdən elə bil, həzz alırlar. Yoxsa ki, 4 aydır Rusiya da Ermənistana təklif edir ki, qonşu Azərbaycan və Türkiyə ilə iqtisadi-ticari əlaqələr qurmağa
başlasın, bölgədə nəqliyyat dəhlizlərinin və kommunikasiyaların açılmasına əngəl olmasın, çünki sərhədlərin bağlı qalması ilk növbədə məğlub ölkənin özünə ziyandır.
Bu, əslində Kremlin Ermənistanın onun orbitindən uzaqlaşması və “ağ günə” çıxması üçün sonuncuya verdiyi unikal və bəlkə də axırıncı şansdır. Di gəl ki, ermənilər bunda da Bakı və Ankaranın hansısa hiyləsini, hətta Ermənistanı türkləşdirmək məramını görürlər. O səbəbə bir yandan Rusiyanı özlərinin yeganə təhlükəsizlik qarantı sayırlar, digər yandan isə onu xəyanətdə ittiham edirlər.
Gerçəkdən də, nə istədiyini heç özü də bilməyən, psixolojisi xəstə bir toplum…

