Sosial 

Nazir: Postmüharibə üzrə dəstək paketi 20 mindən çox insanı əhatə edib

Azərbaycan postmüharibə dövrünə də çevik və genişmiqyaslı sosial dəstək paketi ilə daxil oldu.

ARANTV.AZ  xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazirin sözlərinə görə, bu dəstək paketi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini, müharibə iştirakçılarını, müharibədə yaralanmış hərbçiləri, müharibə əlillərini, erməni terrorundan zərər çəkənləri, eyni zamanda qeyd olunan şəxslərin yaxınlarını əhatə edir: “Dəstək istiqamətləri isə genişdir, buraya sosial təminat hüquqlarının çevik reallaşdırılması və sosial ödənişlərin proaktiv təyinatı, sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, maddi yardım, məşğulluq məsələlərinin operativ həllində, kiçik biznes imkanlarının yaradılmasında dəstəyin göstərilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və s. kimi dəstək işləri daxildir. Ümumilikdə postmüharibə üzrə bu dəstək paketi artıq 20 mindən çox insanı əhatə edib”.

Daha çox xəbərlər