İngiltərə futbol klubları sponsorluq qadağasına görə fantastik məbləğdə pullar itirir
İngiltərə futbol klubları bukmeyker kontorları və oyun şirkətlərinə qarşı müxtəlif liqalarda tətbiq olunan sponsorluq qadağası səbəbindən 55,6 milyon dollar zərərə uğrayıblar.
Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, pandemiya şəraitində futbol klublarının onsuz da ağır olan maliyyə vəziyyəti oyun şirkətlərinə qarşı qoyulan sponsorluq qadağası səbəbindən daha da pisləşə bilər.
Qeyd olunur ki, yaxın zamanda bu qadağanın aradan qaldırılmayacağı təqdirdə bir sıra klublar “fəlakətlə” üzləşəcək.
“Bu hal xüsusən də kiçik komandalar üçün aktualdır. Onların gəlirlərinin xeyli hissəsini bilet satışları təşkil edir. Pandemiya isə bu gəlirləri sıfıra endirib. Mövcud şəraitdə, çıxış yolu yalnız bukmeyker kontorları və bu kimi mərc şirkətlərinin komandalara sponsorluq etməsinə icazə verməkdir”, – deyə məlumatda vurğulanır.

