Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3 736 551 nəfərə çatıb
ARANTV.AZ xəbər verir ki, Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 169 min 806 nəfər və ya 4,8 faiz artıb. Beləliklə, 2019-cu ilin 1 yanvar tarixinə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı 4 milyona yaxınlaşır. Fərdi hesab sığortaolunanın gələcək pensiya təminatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatları özündə əhatə etməklə, vətəndaşa sosial sığorta sistemində iştirak etmək və pensiya təminatı üçün kapital toplamaq imkanı verir. Pensiya qanunvericiliyinə əsasən, hər ilin əvvəlində pensiyalarla yanaşı, sığortaolunanların fərdi hesablarındakı sığorta kapitalı da indeksləşdirilərək artırılır.

