Hicran Hüseynova: Bu gün biz Novruz bayramını Şuşada, ərazi bütövlüyü bərpa olunan Azərbaycan da qeyd edirik
“Hər il ənənəvi olaraq Novruz Bayramı münasibətilə Prezident cənab İlham Əliyev xalqa müraciət edir. Lakin bu il təbrik müraciəti tam fərqli idi. Bu il Novruz bayramının mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə qeyd olunmasının Azərbaycan xalqının ən böyük arzusuna çatması baxımından rəmzi və tarixi əhəmiyyət daşıyr. Bütün prezidentlik dövürünü məhz torpaqlarımızın erməni işğalından azad olunmasına və ərazi bütövlüyümüzün bərpa olunmasına həsr edən ölkə başçısı bu tarixi missiyanı yerinə yetirdi. Lakin bunun üçün inkişaf etmək, iqtisadi, hərbi, siyasi, hüquqi cəhətdən güclənmək, qalib gəlmək üçün şərait yaranmalı idi. 2003-cü ildən başalanan bu proses nəhayət öz möhtəşəm nəticə verdi. Artıq bu gün biz Novruz bayramını qədim şəhərimiz Şuşada, Qarabağda, ərazi bütövlüyü bərpa olunan Azərbaycan da qeyd edirik.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

H.Hüseynova qeyd edib ki, ölkə başçısı bayram müraciətində bir çox mühüm məsələlərə toxundu: “İlk növbədə erməni vandallarının Qarabağı, Şuşanı necə talan etməsi, xalqımızın tarixi, mədəni irsini necə dağıtdığını, nəinki canlı insana, eyni zamanda, evlərə, abidələrə, qəbirlərə, məscidlərə, meşələrə qarşı terror aktı törədiblər. Lakin onlar nə qədər dağıtsalar da, talan etsələr də bu ərazilərdə Azərbaycan ruhunu məhv edə bilməmişlər. Prezident İlham Əliyevin dediyi kimi, “ Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq. Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi.” Bu müraciətdə qarşıda biz gözləyən hədəflər və vəzifələr də göstərilir. Onlardan biri də Azərbaycanın, Qarabağın, Şuşanın həqiqi tarixinin təbliğ olunması məsələsidir. Bu gün bizim hər birimiz, xüsusilə də tarixçilərimizin, etnoqrafşıların üzərinə böyük iş düşür, biz təbliğat məsələlərində daha da aktiv olmalıyıq. Bunun üçün isə bütün imkanlarımız, tarixi faktlar var. Cənab Prezidentin bildirdiyi kimi, “erməni təbliğatı, saxta alimlər, fırıldaqçı siyasətçilər, beynəlxalq dairələr nə qədər desələr də xeyri yoxdur, tarix var.” Tarix isə deyir ki, Qarabağ, Şuşa həmişə Azərbaycanın olub, və olacaq. Digər bir məsələ isə əsl reallığın nədən ibarət olmasıdır. Əfsuslar olsun ki, bu gün ermənilərin havadarları,ermənipərəst qüvvələr hətta real hadisəni belə saxtalaşdırırlar. Bu həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə çox mühüm bir ismarışdir. Ermənilər tarixi saxtalaşdırdıqlar ki, reallığı da elə saxtalaşdırıblar. Onların şəbəkələri dünyanın müxtəlif paytaxtlarında fəaliyyət göstərir, saxta məlumat ötürür və bu saxta məlumat ətrafında sonra müzakirələr gedir və olmayan şeyləri reallıq kimi qələmə verirdilər. Bu gün bir reallıq var, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib,Qarabağı erməni faşizmindən azad edib, bu gün bu əraziləridə artıq quruculuq işləri gedir, tezliklə vətəndaşlarımız öz doğma ata-baba yurdlarına qayıdacaqdır.”
Komitə sədri bildirib ki, ölkədə həyatı bütün sahələrinin inkişafı o zaman daha böyük töfhə verir ki, onun insan resursu,patensionalı var: “Bu illər ərzində cənab Prezident hər bir görüşdə, bər bir çıxışında gənc nəslin düzgün yetişməsi, vətənpərvər olması, milli ruhda böyüməsi məsələlərinə toxunur, gəncləri hər zaman qələbəyə ruhlandırırdı. Gənc nəsil 44 günlük Vətən Müharibəsində bütün cəbhələrdə biliyini, təcrübəsini, canını və qanini əsirgəmədi. Ölkə başçısının bildirdiyi kimi, “Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi.” Milli həmrəylik, milli birlikgöstərn xalqımız, bir nəfər kimi Prezident, Ali Baş Komandanın ətrafında birləşərək möhtəşəm Qələbə qazandıq. Dağılsa, talan olsa belə bu torpaqların hər biri qarışı tarixdir, Azərbaycandır. Əlbəttə ki, ölkə başçısının iradəsi, əzmi və rəhbərliyi ilə biz tezliklə bu torpaqları bərpa edəcəyik və burada əbədi yaşayacayıq. Çünki bu torpaqların əsl sahibləri Azərbaycan xalqıdır.”
Professor onu da vurğulayıb ki, bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırmaları bizim hər birimiz də qürur və sevinc hissi yaşatdı: “Bu Azərbaycanın haqlı mübarizəsinin və tarixi ədalətin bərpasının bütün dünyaya bir daha çatdırılması idi. 30 ilə yaxın idi ki, hər Novruz bayramında arzu edirdik ki, gələn il bayramı işğaldan azad edilmiş torpaqlarımızda, Qarabağda qeyd edək, nəhayət bu il arzularımız həqiqət oldu.”

