Qənd parçası ilə daha nələr edə bilərik?
Əlinizdən yerə düşən qəndlə əllərinizi yuya, ocağı yandıra və digər şeylər edə bilərsiniz.
Ocağı yandırmaq
Bağ evində sobada odunları yandırmaq bəzən çox çətin olur, lakin odunların üzərinə bir neçə qənd atmaqla ocağı daha tez alışdıra bilərsiniz. Bu metod kömürləri alışdırmaq üçün də işə yarayır.
Əlləri yumaq
Əlləri yumaq üçün vasitə olmadıqda bir qənd parçası ilə bunu edə bilərsiniz. Şəkər çirki, yağı asanlıqla təmizləyəcək.
Rütubətin qarşısını almaq
Nəmliyə qarşı da qənd parçasından istifadə etmək mümkündür. Un məmulatları olan şkafa bir neçə qənd parçası qoyun, onlar bütün rütubəti özünə çəkməklə quruluğu qoruyub saxlayacaq.
Ağrını sakitləşdirmək üçün
Qaynar çay içərkən dilinizi yandırmısınız? Ağrılı hissəyə tətbiq edəcək soyuq heç nə tapmırsınız? Ağzınıza sadəcə bir qənd parçası atıb, yavaş-yavaş sorun, ağrı keçəcəkdir.
Güllərin ömrünü uzatmaq üçün
Güldandakı suya bir neçə qənd parçası və ya bir xörək qaşığı şəkər əlavə edin. Bu yolla çiçəklər daha uzun müddət təzə qalacaq. İki gün ərzində vazaya bir xörək qaşığı sirkə tökməyi də unutmayın: sirkə durğun suda pis qoxunu aradan qaldıracaq.

