Ali məktəbə hazırlaşırdılar… – Azərbaycanda faciəvi qəzada ölən şagirdlərin ADLARI
Bu gün Quba rayonunun Zərdabi kəndində – Xaçmaza gedən yolda baş vermiş dəhşətli qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib.
ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, sürüşkən yolda “Ford” markalı yük maşınına çırpılan “VAZ 21010″da həlak olanlar 2003-cü il təvəllüdlü Qasımov Coşqun Kamil oğlu, 2002-ci il təvəllüdlü Abbasov Şakir Eldəniz oğlu və sürücü, 1986-cı ildə anadan olmuş Tarverdiyev Nail Teymur oğludur.
Qəzaya minik avtomobilinin qarlı yolda sürət həddini düzgün seçməməsi səbəb olub. Hadisə nəticəsində ölən yeniyetmələr orta məktəb şagirdi olub və ali məktəbə hazırlaşırlarmış. Onlar bu gün səhər repititor yanına getmək üçün N.Tarverdiyevin avtomobili ilə yola çıxıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

