Cəmiyyət 

Bakıda mediasiya mövzusunda konfrans keçirilib – FOTO

Bu gün – yanvarın 10-da Bakı şəhərində “Kommersiya mediasiyası və mübahisələrin alternativ həlli sisteminin qurulması” mövzusunda əcnəbi ekspertlərin, Vəkillər Kollegiyası üzvlərinin və müxtəlif özəl müəssisələrdə işləyən hüquqşünasların iştirakı ilə konfrans keçirilib.

ARANTV.AZ xəbər verir ki, konfrans Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Mübahisələrin alternativ həlli üzrə komitəsinin təşkilati dəstəyi və “AmCham”ın (Azərbaycandakı Amerika Ticarət Palatası) informasiya dəstəyi ilə keçirilir.

Tədbirdə məruzəçilər qismində İtaliyanın Mübahisələrin Alternativ Həlli Mərkəzinin rəhbəri Leonarda D’Urso, ABŞ-nin Sent Luiz Universitetinin Sahibkarlıq hüququ kafedrasının rəhbəri, professor Patrisia Li və ABŞ-dan olan mediator xanım Elizabet Hasse iştirak ediblər.

Tədbirdə moderator və Vəkillər Kollegiyasından təşkilatçısı qismində Vəkillər Kollegiyasının Mübahisələrin alternativ həlli komitəsinin rəhbəri, vəkil Ruslan Mirzəyev iştirak edib.

Konfrans panel müzakirələri formasında davam etdirilmiş və “Sahibkarlar mediasiya barəsində nə bilməlidirlər”, “İşin mediasiyaya yönəltməyin üstünlükləri”, “Vəkillər tərəfindən tərəflərin mediasiyada təmsil edilməsi” mövzularında çıxışlar və qeyd olunan mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd olunmalıdır ki, tədbirdə Vəkillər Kollegiyasının 40-dan artıq üzvü, bundan başqa Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev və Rəyasət Heyətinin Aparatının rəhbəri Fərhad Nəcəfoviştirak ediblər.

Daha çox xəbərlər