İranda zəlzələ oldu, Naxçıvanda da hiss edildi
Bu gün saat 09:46-da İran ərazisində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ Naxçıvan MR-ın sərhədə yaxın ərazilərində 3 bala qədər hiss olunub.
Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.

