Dünyaca məşhur fotoqrafdan təsirli paylaşım: “Bu onların atasız ilk Novruzudur” – FOTO
Dünyaca məşhur fotoqraf Reza Deqati növbəti dəfə müharibənin ağrılı məqamlarını diqqət mərkəzinə çəkib.
Bu barədə fotoqraf “Twitter” hesabında paylaşım edib.
“Azərbaycanlılar Novruzu il ərzində dünyasını dəyişən ailə üzvlərinin məzarlarını ziyarət edərək qeyd edir. Bakıdakı Şəhidlər Xiyabanında bu iki qardaş atalarının məzarı başında səssizcə dayanıb. Bu onların atasız ilk Novruzudur”, – deyə fotoqraf qeyd edib.
Azerbaijanis celebrate Novruz by visiting the graves of their family members who lost theur lives in the year.
At the Marty’s cemetery in Baku these two brothers standing near their father’s grave silently it is their first Novruz without their father. pic.twitter.com/Q78xJMUzZl— REZA (@REZAphotography) March 24, 2021

