Hadisə 

Bakıda qəza: Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

ARANTV.AZ xəbər verir ki, hadisə Ağa Nemətullah küçəsində baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Əliyeva Məhbubə Vəhab qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Daha çox xəbərlər