Balaxanı Sənaye Parkında rezidentlərin sayı 22-yə çatıb
10,1 hektar ərazini əhatə edən Balaxanı Sənaye Parkının artıq 22 rezidenti var, onlardan 16-sı fəaliyyət göstərir.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O, qeyd edib ki, “Yaşıl iqtisadiyyat” prinsipləri ilə fəaliyyət göstərən Parkda təkrar emal və 0 tullantı prinsipi ilə işləyən müəssisələrə üstünlük verilir.

