İki ildir ki, “Google” Gülüş Gününü qeyd etmir
“Google” bu il də 1 aprel Gülüş Gününü qeyd etməyəcək. İki ildir ki, “Google” COVİD-19 xəstəliyindən əziyyət çəkən insanlara hörmət xatirinə Gülüş Gününü qeyd etmir. Ötən illərdə “Google” müxtəlif zarafatyana anonslarla istifadəçilərini şənləndirirdi.
Bu il “Google”da zarafat olmayacağını məşhur “Business İnsider” nəşri qabaqcadan xəbər vermişdi. Şirkət rəhbərliyindən bildirilib ki, koronavirusla mübarizə aparan insanlara hörmət əlaməti olaraq, Gülüş günü qeyd edilməyəcək. Eyni zamanda, şirkət rəhbərliyi istifadəçilərə uyğun yollarla “sevinc anları” yaşatmağa davam etməyi zəruri hesab edir – məsələn, unudulmaz tarixlər üçün “qaralamalar” buraxmaqla və ya şirkətin məhsullarında “Pasxa yumurtalarını” gizlətməklə.
“Business İnsider” xatırladır ki, “Google” keçən il 1 apreli Marsda genişmiqyaslı yaşayış məskəninin inşası, “Xəritələr” tətbiqində xəzinə ovu alət dəsti, “Google translate”də heyvanlarla ünsiyyət funksiyası kimi anonslarla qeyd etmişdi.

