Siyasət 

MDB-nin transsərhəd cinayətə qarşı mübarizə üzrə ekspert qrupunun iclası keçiriləcək

ARANTV.AZ xəbər verir ki, Minskdə MDB-nin transsərhəd cinayətə qarşı mübarizə sahəsində informasiya mübadiləsi mexanizminin inkişafı üzrə ekspert qrupunun iclası keçiriləcək. Ekspert qrupunun tərkibinə daxili işlər orqanları, təhlükəsizlik, sərhəd xidmətləri, MDB-yə üzv dövlətlərin digər səlahiyyətli orqanları daxildir. Ekspertlər transsərhəd cinayətlərinə qarşı məlumatların ötürülməsinin təkmilləşdirilməsi, eləcə də elektron formada məlumat mübadiləsini müzakirə edəcəklər.

 

Daha çox xəbərlər